"Trabzonspor" - "Qəbələ"
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib. Yuri Syominin komandası “Trabzonspor”la qarşılaşıb. Oyun türklərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Abdülkadir və Volkan vurub.

“Qəbələ” bundan öncə Ukrayna “Metallurq”u (Zaporojye) ilə görüşmüş və 1:1 hesablı bərabərlik qeydə alınmışdı.

“Qəbələ” iyulun 14-dək bu ölkədə hazırlıq keçəcək. Komandanın növbəti rəqibləri “Antalyaspor” (10 iyul) və “Mersin İdman Yurdu” (13 iyul) olacaq.

Yoldaşlıq oyunu

7 iyul

“Trabzonspor” - “Qəbələ” –2:0
Qollar:Abdülkadir, 20, Volkan, 72

“Trabzonspor”:Onur, Celustka, Mustafa, Emerson, Yusuf, Alanzinho, Abdülkadir, Aykut, Yasin, Olcan, Enrike

“Qəbələ”:David Pietrzkieviç, Rail Məlikov, Omar Kalabane, Vladimir Levin, Ürfan Abbasov, Viktor Mendi, İbrahima Niasse, Lorentso Ebesilio, Nizami Hacıyev, Abdulvahid Afolabi, Dodo

Xəbər 764 dəfə oxundu.