Juninyo Pernambukano karyerasını başa vurur
Braziliya yığmasının sabiq üzvü və hazırda “Nyu-York Red Bullz” komandasının şərəfini qoruyan Juninyo Pernambukano karyerasını başa vurur. Bu barədə mətbuata açıqlama verən futbolçu:
“Nyu-York Red Bullz”a gəlişim gözlədiyimdən də çətin alındı. Açığı, belə şeylər məni çox əsəbləşdirdi. Düşünürəm ki, bu mənim sonuncu mövsümüm olacaq. Artıq yaş öz sözünü deyir. Futboldan getməyin vaxtıdı. Mövsüm bitən kimi butslarımı divardan asmağa qərara almışam”.- deyə bildirib.

Xəbər 985 dəfə oxundu.