“Monako” daha bir futbolçu ilə anlaşdı
“Monako” daha bir futbolçu ilə anlaşıb. Klub “Malaqa”nın yarımmüdafiəçisi Ceremi Tulalanla müqavilə bağlayıb.

29 yaşlı fransalı oyunçu “Monako” ilə “2+1” şərti ilə anlaşıb. Tulalanın transfer dəyəri ilə bağlı isə açıqlama verilməyib.

Qeyd edək ki, Ceremi 2011-ci ildən “Malaqa”nın şərəfini qoruyur.

Xəbər 760 dəfə oxundu.