Səbirə Əliyeva da Avropa çempionu oldu
Makedoniyanın Skopye şəhərində gənc güləşçilər arasında Avropa birinciliyi davam edir. İdman.com.az saytı xəbər verir ki, çempionatın 4-cü günündə 48, 55, 63 və 72 kq çəki dərəcəsində çıxıç edən qızlar mübarizəyə qoşulub. Miilimiz yenə 1 qızıl medal qazanıb.

48 kq
Kəmalə Əliyeva ilk görüşündə macar Mersedes Denezlə qarşılaşıb. Gərgin keçən görüşdə (6:6) qələbə rəqib güləşçiyə verilib. Təmsilçimiz mübarizəni erkən dayandırıb.

55 kq
Yarina Dubovska ilk görüşündə İsveç təmsilçisi Emma Karlsson ilə qarşılaşıb. Güləşçimiz tam üstünlüklə (9:1) qalib gəlib və 1/4 finala yüksəlib. Bu dəfə rəqib Ukrayna güləşçisi Skoblyuk olub. Güləşçimiz görüşdən məğlub ayrılsa da rəqibin finala çıxması ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Bu görüşdə rəqib fransız Emili Dufuru (9:2) məğlub edən Yarina Dubovska bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə rəqib bolqar Evelina Nikolova olub. Ancaq güləşçimiz bu şansı dəyərləndirə bilməyib.

63 kq
Darya Korin Norveç güləşçisi Signe Store ilə qarşılaşıb. Ancaq güləşçimizin çıxışı uğurlu alınmayıb və çempionatı medalsız tamamlayıb.

72 kq
Səbirə Əliyeva mübarizəyə 1/4 finaldan qoşulub. Ukrayna təmsilçisi Lyudmila Tiçinanı (9:1) məğlub edən Səbirə yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz Polşa güləşçisi Anna Urbanoviçlə görüşüb. Tam üstünlüklə qələbə qazanan Səbir Əliyeva finala yüksəlib. Həlledici görüşdə rəqib macar güləşçisi Zsanet Nemeth olub. Bir dəqiqə 8 saniyə davam edən final görüşündə tam üstünlüklə (5:0) qələbə qazanan Səbirə Əliyeva Avropa çempionu olub və qızıl medala sahib olub.

Seçəmiz ilk gündə Fatimə Baqomedanın sayəsində 1 qızıl medalla tamamlamışdı. Ümumilikdə, Avropa çempionatını 2 qızıl medalla başa vuran gənc qızlarımız komanda hesabında 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycanın gənc qızlardan ibarət komandası Avropa çempionatında 2 qızıl medal qazanan yeganə komandadır. Digər komandaların hər birinin aktivində cəmi 1 qızıl medal var.

Xəbər 1754 dəfə oxundu.