Pizarro müqaviləsini uzadıb
Münhen «Bavariya»sının və Peru yığmasının 34 yaşlı forvardı Klaudio Pizarro klubu ilə yeni müqaviləyə imza atdı. İdman.com.az saytı xəbər verir ki, çempionlar Liqasının son qalibi futbolçu ilə bir illik saziş imzalayıb.

Pizarro 2001-ci ildən 2007-ci ilədək «Bavariya»nın formasını geyinib və 2012-ci ildə yenidən komanda qayıdıb. Perulu futbolçu yeni müqaviləsi ilə bağlı bunları deyib:

«Bu, çox əladır. Mən çox xoşbəxtəm və bu sazişdən ruhlanmışam. Biz irəli, yeni kuboklara doğru addımlayacağıq».

Xəbər 970 dəfə oxundu.