Motorlu qayıqsürmə üzrə qran-prinin təntənəli açılışı olub
Bu gün Dənizkənarı Milli Parkda motorlu qayıqsürmə üzrə (Formula-2) qran-pri-2013 yarışlarının təntənəli açılışı keçirilmib. İdman.com.az saytı xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Motorlu Qayıq Federasiyasının Prezidenti İbrahim Nehrəmli, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın qazandığı nailiyyətlər barədə məlumat vermiblər.

Bildiriblər ki, Formula-2 üzrə yarış ölkəmizdə ilk dəfədir keçirilir. Artıq idmanın bu növü də respublikamızda inkişaf etməkdədir. İdmanın bu növündə Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdən danışan natiqlər yarış iştirakçılarına uğurlar arzulamışlar.

Dünya Motorlu Qayıqlar Federasiyasının Prezidenti Rafael Kiuli yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb və Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.
Tədbir konsert proqramı ilə davam edib.

İki gün davam edəcək yarışda Azərbaycanla yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparırlar. Turnirdə ölkəmizi Conas Andersson təmsil edir.

Xəbər 1539 dəfə oxundu.