«Qalatasaray» diqqəti Velinrqtona yönəldir
«Qalatasaray» Felipe Melonun artıq pul istəməsindən sonra braziliyalının transferindən imtina etdi. İdman.com.az saytı xəbər verir ki, 2 ildir «Yuventus»dan icarəlik gətirilən Felipe Melo ilə bağlı keçənilki qiymətləri düşünən «Qalatasaray» rəhbəri Ünal Aysal, futbolçuya bundan artıq xərcləmək istəməyib.

Melonun dəyərinə cüzi artım istənilməsi Aysalı çox qızdırıb. Transfer hədəfinə bundan sonra San Paulo»nun gənc oyunçusu Vellinqton çevrilib. 22 yaşlı futbolçuya görə 5 milyon avro rəsmi təklif edilib.

«Sky Sports»un xəbərinə görə, Braziliya klubu Vellinqton üçün 10 milyon avro istəyir. Digər tərəfdən braziliyalı futbolçuları transfer etməyi ənənə halına gətirmiş Mirça Luçeskonun klubu «Şaxtyor» da oyunçu üçün sıraya girmiş klublar arasındadır.

Xəbər 1055 dəfə oxundu.