Adebayor işində tələsiklik yoxdur
«Tottenhem» öz hücum xəttini yeniləmək istəyir. İngilis klubu Adebayor və Defo üçün gələn təklifləri dinləyəcək, amma getmələri üçün oyunçuları məcbur etməyəcək. «Beşiktaş»ın transfer işlərində əhəmiyyətli bir yerə sahib olan «Tottenhem»in qolçusu Emmanuel Adebayor özü isə klubunda qalmaq istəyir.

İdman.com.az saytı xəbər verir ki, klubunun toqolu ulduzun getməsinə təzyiq etməyəcəyi bildirilir və londonlular bu işdə tələsikliyə yol verməyəcəklər. Buna baxmayaraq Adebayor və Jermeyn Defo üçün gələn təkliflər nəzərdən keçiriləcək.

«Tottenhem» «Barselona»dan David Vilya və «Aston Villa»dan Kristian Bentekeni heyətinə qatmaq istəyir. Əgər bu transferlər reallaşmazsa, 5,5 milyon funta alınmış toqolu komandada qalacaq. Adebayor «Tottenhem»də icarə əsasında oynadığı 2011-12-ci illər mövsümündə 17 qol vursa da, ötən mövsümdə 5 qolla kifayətlənib.

Xəbər 1413 dəfə oxundu.