Etiraz tarixləri dəyişdi
«Fənərbağça» və «Beşiktaş»ın UEFA Arbitraj qurumunda özlərini müdafiə edəcəkləri tarix dəyişdi. İdman.com.az saytı xəbər verir ki, «sarı bulbullər»lə bağlı iclas iyulun 10-da, «qara qartalları»ın iclası isə 11-də olacaq.

UEFA Nizam-intizam komissiyasının onları Avropa Kuboklarından uzaqlaşdıran qərarına «Fənərbağça» və «Beşikdaş» bu toplantılarda öz etirazlarını bildirəcəklər.

«Fənərbağçaya» UEFA-nın müvafiq qurumu komandanı Avrokuboklardan uzaqlaşdıran 2+1 illik cəza kəsib. «Beşikdaş» isə 1 illik cəza alıb. UEFA Arbitraj qurumu «Fənərbağça» və «Beşikdaş»la əlaqədar qərarlarını iyulun 14-ü və 15-da açıqlayacaq.

Xəbər 923 dəfə oxundu.