Millimizin sabiq üzvünün "Qəbələ"yə keçidi rəsmiləşib
Milli komandamızın sabiq üzvü Rail Məlikovun "Qəbələ"yə keçidi rəsmiləşib. Təcrübəli müdafiəçi artıq "Dənizlispor"la təzminat məsələsini həll edib. Bundan sonra isə futbolçu yeni klubu ilə rəsmi müqavilə imzalayıb. Sözləşməyə əsasən, Rail Məlikov qarşıdakı 1 ildə "Qəbələ"nin şərəfini qoruyacaq.

Xəbər 871 dəfə oxundu.