“İnter” səfərə oyundan iki gün öncə gedəcək
Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Finlandiyada “Mariehamn” qonağı olacaq “İnter” səfərə oyundan iki gün öncə gedəcək. Belə ki, komanda iyulun 9-da vətəni tərk edəcək.

Qeyd edək ki, oyun iyulun 11-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Məlumat üçün deyək ki, komandalar arasında baş tutan ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Xəbər 734 dəfə oxundu.