“Simurq” un növbəti rəqibi
Zaqatalanın “Simurq” klubunun növbəti rəqibi müəyyənləşib. İyulun 8-də ölkəyə qayıtmağı planlaşdıran komanda Türkiyədəki təlim-məşq toplanışı çərçivəsindəki son yoxlama görüşünü ayın 7-də keçirdəcək.

"Sarı-qaralar"ın həmin gün rəqibi Liviyanın "Əl-Nəsr" klubu olacaq. 1954-cü ildə yaradılan Benqazi şəhərinin təmsilçisi ölkənin ən köklü komandalarından biridir. Bu komanda 1 dəfə Liviya çempionluğunu, 3 dəfə kubokunu qazanıb.

Xəbər 700 dəfə oxundu.