"Bizim komandamız güclüdür"
"Milan"ın hücumçusu sabiq komanda yoldaşı Karlos Tevezin "Yuventus"a keçidini şərh edib. SuperMario argentinalı forvardı "Milan"da görmək istədiyini bildirib: "Bizim komandamız güclüdür. Lakin Avropada böyük uğurlar qazanmaq üçün heyətimiz daha da güclənməlidir. Çox istərdim ki, İbrahimoviç "Milan"a qayıtsın. Eləcə də Tevezi yola gətirmək üçün çox çalışdım. Lakin o "Yuventus"a keçdi. Həmçinin Əl-Şəravi də mənə komandada qalanacağını bildirib. Mən də ona söylədim ki, bu, doğru seçimdir. Buna görə çox sevinirəm".

Xəbər 756 dəfə oxundu.