«Qarabağ» Ulriş Kapolonqonu heyətinə qatıb
«Qarabağ» yay fasiləsində üçüncü transferini rəsmiləşdirib. Ağdam klubu Ulriş Kapolonqonu heyətinə qatıb. Komandanın Türkiyə toplanışına qatılan konqolu forvard bir neçə sınaq matçına çıxmışdı. Lakin onun adı «Qarabağ»ın Avropa Liqası üçün sifariş ərizəsinə salınmamışdı.

Artıq «Qarabağ» Kapolonqo ilə rəsmi müqavilə imzalayıb. Konqolu futbolçu qarşıdakı iki mövsümdə «Qarabağ»ın şərəfini qoruyacaq. Qeyd edək ki, 23 yaşlı forvardın son iş yeri İordaniyanın «Shabab Al Ordon» klubu olub. O, Konqo yığmasının heyətində 2007-ci ildə U-20 yığmaları arasında dünya çempionatında çıxış edib.

«Qarabağ» bundan əvvəl Hollandiyanın «Nijmegen» klubundan Leroy Corcu və Almaniya «Bohum»undan Nikolas Gelaşvilini heyətinə qatıb, həmçinin «Simurq»la icarə müqaviləsi başa çatan Murad Səttarlıni geri qaytarıb.

Xəbər 993 dəfə oxundu.