2018-ci il qış Olimpiadası Pxençxanda keçiriləcək | |
Beynəlxalq Olimpiya Komitəsi 2018-ci il qış Olimpiya oyunlarının keçiriləcəyi şəhərin adını elan edib. Olimpiada cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Bu barədə qərar BOK-un Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilmiş 123-cü sessiyasında qəbul edilib. Pxençxan qış Olimpiadasını keçirmək hüququ uğrunda mübarizədə Almaniyanın Münhen və Fransanın Ansi şəhərlərinə qalib gəlib. |
|
Xəbər 1321 dəfə oxundu. |
|
|