Gəncədə cüdo üzrə şəhər birinciliyi
İyunun 25-26-dək Gəncə şəhərində Respublikanın cüdo üzrə əməkdar məşqçisi Ziyabil Abbasovun xatirəsinə həsr olunmuş şəhərin açıq birinciliyi keçirilib. 160 nəfərin iştirakı ilə keçirilən tədbirin məqsədi şəhərin yığma komandasının tərkibini müəyyənləşdirmək olub.

Sonda Hüseyn Əsədov (30 kq), Vilayət Bayramov (34 kq), Ayxan Tanrıverdiyev (38 kq), Rəşxan Baxşıyev (42 kq), İbrahim Əliyev (55 kq), Əli Nuriyev (66 kq) birinci yerə layiq görülüblər.

Xəbər 1023 dəfə oxundu.