Məsuta İspaniyada kitab yazılıb
“Real”ın yarımmüdafiəçisi Məsut Özilə İspaniyada kitab yazılıb.

Türkiyə əsilli almaniyalı oyunçunun karyerasından bəhs edən kitabın adı “Butslu sehirbaz Özil”dir. Məşhur “Marca” qəzetinin jurnalisti Xuan İqnasio Qarsianın qələmə alıb.

Kitabda 25 yaşlı ulduz futbolçunun Almaniyada gördükləri təlimlər və onun ailəsinə dair məlumatlar da geniş yer alıb.

Xəbər 764 dəfə oxundu.