“Topaz” dan dəstək
“Topaz” Azərbaycanda keçiriləcək F2 - güc qayıqlarının dünya çempionatının 2-ci yarışını dəstəklədiyini açıqlayıb. “F2 Baku Grand Prix” beynəlxalq yarışı 6-7 iyul tarixlərində Bakı şəhərində, Dənizkənarı Bulvarda keçiriləcək.

Yarışda dünyanın 13 ölkəsindən, 23 komandanın qatılması planlaşdırılır. “F2 Baku Grand Prix” Azərbaycanda keçiriləcək önəmli beynəlxalq idman tədbirlərindən sayıla bilər.

Azərbaycanda keçiriləcək Güc qayıqları arasında yarışın dəstəkçiləri arasında “Topaz”ın olması şirkətin Azərbaycanda idmanın inkişafına verdiyi növbəti dəstəkdi. Şirkət gələcəkdə də idmanın inkişafı naminə böyük miqyaslı layihələri həyata keçirməyi planlaşdırır.

Xəbər 729 dəfə oxundu.