Edinson Paris klubuna keçə bilər
“Napoli”nin hücumçusu Edinson Kavani PSJ ilə şəxsi müqaviləsini razılaşdırıb. 26 yaşlı uruqvaylı forvard Paris klubuna keçsə, ildə 8 milyon avroluq maaş alacaq. Yaxın vaxtda transfer həll oluna bilər. “Napoli” Kavaniyə görə 70 milyon avro istəyir, çünki keçiddən futbolçunun əvvəlki klubu – “Palermo”ya da faiz çatmalıdı. Deyəsən, PSJ də bu məbləği ödəməyin əleyhinə deyil.

Xəbər 837 dəfə oxundu.