Yay olimpiya oyunlarının yeri müəyyənləşdi
2018-ci ildə yeniyetmələrin yay olimpiya oyunları Buenos Ayresdə keçiriləcək.

Argentina paytaxtı bu hüququ Şotlandiyanın Qlazqo, Kolumbiyanın Medelin, Meksikanın Qvadalaxara və Hollandiyanın Rotterdam şəhərləri ilə mübarizədə qazanıb.

Xatırladaq ki, ilk belə turnir 2010-cu ildə Sinqapurda təşkil edilib. 2014-cü ildəki oyunlara isə Çinin Nankin şəhəri ev sahibliyi edəcək.

Xəbər 683 dəfə oxundu.