Silva heç yerə getmək istəmir
Son vaxtlarda "Barselona" klubunun Tyaqo Silva ilə maraqlandığı haqda xəbərlər ortaya çıxıb. Bundan başqa, vəziyyət həm də Konfederasiyalar kuboku bitdikdən sonra Daniel Alvesin müdafiəçiyə "Kataloniya" klubu haqda dastan oxuması ilə gərginləşib.

Müdafiəçinin agenti isə belə bir təklifi qaçırmamağı məsləhət görmüşdü. Bu səbəbdən, "PSJ" klubunun sahibi Nasser Əl-Kəlaifi işə müdaxilə etməli olub:"Tyaqo ilə Konfederasiyalar kubokundan sonra danışmışam. Sizi əmin edirəm ki, Silva heç yerə getmək istəmir, biz də onu buraxmaq fikrində deyilik. Onun üçün gələn təklifləri qiymətləndirməyəcəyik, biz Tyaqonu sadəcə satmayacağıq"

Xəbər 772 dəfə oxundu.