Avropa çempionatında qadın güləşçilər mübarizəyə qoşulublar
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizəyə qoşulublar.
Güləşçilərimizdən Sahilə Ələkbərova (44 kq) ilk görüşündə Rusiya təmsilçisi Svetlana Yefimova ilə, 1/4 finaldan mübarizəyə başlayacaq Patimat Baqomedova (51 kq) Polşa idmançısı Paula Kozlova ilə qarşılaşacaqlar.

Alyona Kolesnik (59 kq) ilk görüşdə italiyalı Karola Rainero ilə, Raqnetta Qurbanzadə (67 kq) isə türkiyəli Kiymet Koçyiğitlə üz-üzə gələcəklər.

Qeyd edək ki, çempionatın ilk iki günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz yarışı uğurla başa vurmuş və komanda hesabında 52 xalla ikinci olublar.

Xəbər 724 dəfə oxundu.