“Neftçi” üçüncü yoxlama oyununda
Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” futbol komandası hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Bakı təmsilçisi Almaniyanın ikinci Bundesliqasında çıxış edən “Energie Cottbus” komandası ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 2:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Rusiyanın “Volqa” komandası ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olmuş, Almaniyanın “Wacker Burghausen” kollektivinə isə qalib gəlib – 3:0

Xəbər 699 dəfə oxundu.