Erkan Veysəloğlu 2 il daha Banvitdə
Banvit Basketbol klubunun meneceri Turqay Çatalolukun mətbuata yazılı açıqlamasında 2 mövsümdü oyunda çıxış edən Erkan Veysəloğlunun yenidən qrupda qalacağı haqda yazıb.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Banvitdə gənc basketbolçunun müqaviləsi daha 2 il müddətinə uzadılıb.
Oyunçudan çox razı olduğunu dilə gətirən menecer: "Erkan Veysəloğlu həm qabiliyyəti, həm də şəxsiyyəti ilə mükəmməl bir idmançıdır. Onunla daha iki mövsüm çalışacağım üçün çox xoşbəxtəm. Dimitris Itoudis də daha ilk danışıqlarımızda o, da mənə komandada Erkan Veysəloğlunun qalmasını söyləmişdi. Erkanın artıq Banvit ailəsinin əhəmiyyətli bir parçası olduğunu düşünürük, yeni sözləşməmizin isə hər iki tərəfə də xeyirli olmasını arzu edirəm "-deyə yazılı açıqlamasında qeyd edib.

Xəbər 1268 dəfə oxundu.