Boyan çempionata hazırlaşır
«Barselona»nın hücumçusu Boyan Krkiç Hollandiyanın PSV və Feyenoord komandaları ilə danışıqlar aparır.

İdman.com.az saytı xəbər verir ki, bu barədə katalon klubunun rəsmi tvitterində yazılıb.
Son mövsümdə gənc forvard Milanda çıxış edirdi. A seriyasında o, 19 oyundan adına cəmi 3 qol yazdıra bilib.

Futbolçu ilə eyni zamanda hazırda Atletiko, Malaqa və Betis klubları da maraqlanırlar.

Qeyd edək ki, İspan futbolçunun seçimində isə əsas faktor oyun praktikasının çoxluğudur.

Xəbər 702 dəfə oxundu.