Oman və Qətər komandaları yarışlara qələbə ilə başladılar
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları davam edir. Yarışın ikinci günündə daha üç oyun keçirilib.

İyulun 3-də “Dalğa Arena”da “B” qrupunda qərarlaşmış Əlcəzair–Bəhreyn yığmaları qarşılaşıblar. Oyunda hesab açılmayıb.

“C” qrupunda qərarlaşmış Oman-Almaniya yığmaları “Şəfa” stadionunda qarşı-qarşıya gəliblər. Bu görüşdə Oman komandası daha yaxşı oyun göstərərək 5:0 hesabı ilə qalib gəlib.

“D” qrupunda isə Braziliyanın və Qətərin futbolçuları qarşılaşıblar. Zirə stadionunda təşkil edilən oyun Qətər yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər 847 dəfə oxundu.