Pantiç rəsmən mətbuata təqdim olundu
Bu gün “Baghlan Group” şirkətlər qrupun inzibati binasının konfrans zalında “Bakı” futbol klubunun yeni baş məşqçinin təqdimetmə mərasimi keçirilib. İdman.com.az saytı xəbər verir ki, artıq bir neçə gün komanda ilə çalışan serbiyalı mütəxəssis rəsmən mətbuata təqdim olunub.

Mərasimdə “Bakı” fubol klubunun prezidenti Hafiz Məmmədov da iştirak edib. Hafiz Məmmədov Pantiç haqqında qısa məlumat verərək, onun kluba, və ümumiyyətlə bütün Azərbaycan futboluna fayda gətirəcəyini dilə gətirib.

Öz növbəsində Pantiç ona göstərdiyi etimadə görə klubun prezidenti dərin minnatdarlığını bildirərək, “Bakı”nın uğur qazanacağına əlindən gələni etməyinə söz verib. Imzalanma mərasimindən sonra prezident yeni çalışdırıcıya simvolik olaraq futbolçu karyerası ərzində geydiyi 10 nömrəli futbolkanı təqdim edib. Sonra Hafiz Məmmədov və Milinko Pantiç media nümayəndələrinin suallarını cavablandırıb.

Xəbər 1016 dəfə oxundu.