“Neftçi” nin növbəti oyunu
"İnqolştad" klubunun meydançaya çıxmaqdan imtinasına baxmayaraq, “Neftçi”nin planı pozulmayıb. Belə ki, “Neftçi” bu gün növbəti oyununa çıxacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” ikinci Bundesliqa klubu “Enerqi Kotbus”la üz-üzə gələcək. Oyun “Neftçi”nin məskunlaşdığı otelin meydançasında reallaşacaq.

Məlumat üçün deyək ki, “Enerqi”nin ləqəbi Die Lausitzerdir. Komanda son mövsümdə 8-ci yeri tutub. Alman təmsilçisinin prezidenti Ulrix Lepş, baş məşqçisi isə Rudolf Bommerdir.

Məlumat üçün deyək ki, hazırda “Neftçi”nin şərəfini qoruyan makedoniyalı İqor Mitreski “Enerqi”də oynamış ən məşhur oyunçular sırasındadır.

Xəbər 969 dəfə oxundu.