Hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları davam edir.

İyulun 3-də “A” qrupunda Kanada - İraq, “B” qrupunda Əlcəzair - Bəhreyn, Keniya - Fransa, “C” qrupunda Oman - Almaniya, Kot-Divuar - ABŞ, “D” qrupunda isə Braziliya - Qətər və Niderland - Kamerun qarşılaşmaları keçiriləcək.

Oyunlar “Dalğa Arena”, Bayıl, “Şəfa” və Zirə stadionlarında təşkil olunacaq.

Xəbər 895 dəfə oxundu.