“Roma” Maykonu transfer etmək niyyətindədir
“Roma” klubu “Mançester Siti”nin müdafiəçisi Maykonu transfer etmək niyyətindədir. İtaliya təmsilçisi 31 yaşlı braziliyalı futbolçunun əvəzində “şəhərlilər”ə 27 yaşlı argentinalı hücumçu Pablo Osvaldonu təklif edib.
Maraqlıdır ki, Maykon ötən mövsüm cəmi 9 oyunda meydana çıxdığı halda Osvaldo 29 görüşə 16 qol vurub.

Xəbər 849 dəfə oxundu.