Bursa Moreno Pinoyu transfer edib
Bursa Böyükşəhər Bələdiyəspor keçən mövsüm İtaliyada oynayan kolumbiyalı voleybolçu Kenni Moreno Pinoyu transfer edib.

İdman.com.az saytının məlumatına görə, Merinos Parkda təşkil olunan imza mərasimində kolumbiyalı idmançının bir çox matçını izlədiyini dilə gətirən klubun baş məşqçisi Emin İmen: "Pino bəzi matçlarda oyunun gedişatını dəyişdirəcək bir oyunçudur. O, həqiqətən də çox təcrübəlidir. Gənc oyunçularımıza da onun böyük təsiri olacağına inanıram".- deyə bildirib.

Aynurə

Xəbər 1016 dəfə oxundu.