“Yuventus”dan ayrılıq xəbərləri
“Yuventus” klubu üç futbolçusu ilə yollarını ayırır. İtaliya çempionu Fabio Kualyarella, Mirko Vuçiniç və Alessandro Matrini transferə çıxarıb. Turin klubunun baş məşqçisi Antonio Konte Karlos Tevez və Fernando Loryentenin transferindən sonra bu futbolçuların komandadan ayrılmasını istəyib.

Qeyd edək ki, Kualyarella "Roma" və "Latsio"nun, Matri "Milan"ın, Vuçiniç isə İngiltərə klublarının maraq dairəsindədir.

Xəbər 753 dəfə oxundu.