“Baku Fires”in rəqibləri bəlli oldu
“Baku Fires”in rəqibləri bəlli oldu

İsveçrənin Lozzana şəhərində Ümümdünya Boks Seriyasının (WSB) 4-cü mövsümünün püşkatma mərasimi keçirilib. Tədbirdə AİBA prezidenti Çinq Ko Vu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Polşadan olan üzvü İrena Szevinska və BOK-un daha bir nümayəndəsi Reynaldo Qonsales Lopes (Kuba) iştirak ediblər. Bu dəfə püşkatmadan öncə turnirin ötən ilki finalçıları Astana Arlans və Ukraine Otamans ayrı-ayrı qruplara yerləşdiriliblər. Yarımfinalçılar – Mexico Guerreros və İtalia Thunder-in də ilkin mərhələdə rəqib olmayacağı bilinirdi.

Azərbaycanı yarışda təmsil edən Baku Fires bu yeni mövsümdə güclü komandalarla qarşılaşmalı olacaq. Baku Fires B qrupunda turnirin ötən ilki qalibi Astana Arlans, Mexico Guerreros, Cuba Domadores, Rusiya və Poland Hussars klubları ilə qarşılaşmalı olacaq.

Qeyd edək ki, Kuba WSB liqasında debüt etməsinə baxmayaraq, yarışın əsas favoritlərindən sayılır. “Baku Fires” ilk turda səfərdə Astana Arlans-la üz-üzə gələcək.


Xəbər 879 dəfə oxundu.