İtaliyadan «Qalatasaray»a sürpriz müdafiəçi
Mövsümün sona çatmasının ardından transfer işlərinə başlayan və Fateh Terimin hazırladığı siyahı istiqamətində təmaslarını son günlərdə sürətləndirən «Qalatasaray»da üstünlük verildiyi ön libero mövqeyinin ardından, müdafiənin solunu möhkəmlətmək üçün də cəhdlər davam etdirilir. İdman.com.az saytı xəbər verir ki, klubun gündəmində olan Aleksandar Kolarovla əlaqədar yeni xəbərlər gələrkən, İtaliya qəzetlərində sürpriz iddialar da ortaya atılıb.

«Tuttosport»un xəbərinə görə, Karlos Teves transferini bitirən «Yuventus» bu danışıqlar zamanı mançesterlilərin sol müdafiəçisi Kolarovun vəziyyətini də araşdırdı. İngilislər isə bir həftə içində məlumat verəcəklərini deyiblər. «Mançester Siti»dən ayrılmaq istədiyini daha əvvəl də bir neçə dəfə dilə gətirən serb müdafiəçinin italyan klubuna isti baxdığı və transferin reallaşma ehtimalının olduqca yüksək olduğu vurğulanır. 28 yaşlı futbolçu ötən günlərdə verdiiy açıqlamada «Mançester Siti» ilə bir problemi olmadığını, ancaq baş məşqçi ilə olan probleminin onu ayrılmaq qərarına vadar etdiyini söyləyib:

«Siti»də xoşbəxtəm, amma Roberto Mançini dövründə də dediyim kimi, müntəzəm oynamaq istəyirəm. Pul həyatdakı hər şey deyil. Lazım olsa, daha az ödəniş alacağım bir yerdə oynayaram. Amma söylədiyim çox sadə bir şeydi. Mən müntəzəm oynamaq istəyirəm».
Kolarov «Qalatasaray» azarkeşlərinin də komandada görmək istədikləri ad olaraq ön plana çıxmışdı. WEBASLANda edilən və cəmi 69 min 716 adamın səs verdiyi sorğuda məhz Kolarovun adı öndə oldu. O, səslərin 42,5 faizini (29 min 628 səs) aldı. İkinci sırada isə 36.8 faizlə (25 min 631 səs) Karlinyosdur.

Xəbərdə ayrıca Turin klubunun sol müdafiə üçün edəcəyi transfer sonrası əlindən bəzi adları çıxaracağı bildirilir və «Qalatasaray»la əlaqədar sürpriz bir iddia da ortaya atılır. Reto Ziqleri göndərmə yolu axtarılacağı bildirilir. «Yuventus»un qapısında son 2 mövsümdə icarəlik olaraq «Fənərbağça» forması geyinən Ziqler üçün «Qalatasaray» və «Beşiktaş»ın olduğu qeyd edilir və isveçrəli oyunçu üçün klubuna 4 milyon avro ətrafında bir təklif aparıldığı bildirilir. Ziqlerin karyerasını Türkiyədə davam etməsinə ehtimal böyük görünür.

Xəbər 1104 dəfə oxundu.