Marçin Burhard özünə yeni klub tapıb
«Simurq»dan ayrılan Marçin Burhard özünə yeni klub tapıb. Polşalı futbolçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, 29 yaşlı yarımmüdafiəçi Polşanın «Zavişa» klubuna keçib. Bu komanda güclülər dəstəsinə – Ekstraklasaya yenicə vəsiqə qazanıb.

Qeyd edək ki, ötən yay «Jaqelloniya»dan «Simurq»a keçən Polşa yığmasının sabiq üzvü ölkəmizdə 24 oyun keçirib və 5 qol vurub.

Xəbər 1049 dəfə oxundu.