"Dimitriosun təcrübəsinə çox güvənirəm"
Banvit Basketbol Klubu Orhun Enenin klubdan ayrılmasından sonra Dimitrios İtodis ilə müqavilə imzalayıb.

İdman.com.az saytının məlumatına görə, Kara Ali Acar idman salonunda təşkil olunan imza mərasimində klubun başçısı Özkan Kılıç yunanlı məşqçini uzun müddətdir izlədiklərini ifadə edib. Klub üçün uyğun bir namizəd olduğunu qeyd edən klub başçısı Dimitriosun təcrübəsinə çox güvəndiklərini bildirib.

Qeyd edək ki, bu günə qədər KK Zaqreb, PAOK, Panionios, Filipos BC və Ment BC klublarında "Assistent Coach" və "Head Coach" da vəzifə alan İtodis ilə klub 3 illik müqavilə imzalayıb.


Aynurə Pənahqızı

Xəbər 980 dəfə oxundu.