Mario Qomez qərarını verdi
"Bavariya"nın futbolçusu Mario Qomez növbəti mövsüm çox güman ki, Münhen təmsilçisinin formasını geyinməyəcək.

Oyunçunun meneceri Matias Zammer "Bild"ə açıqlamasında bildirib ki, klubun yeni çalışdırıcısı Pep Qvardiola alman hücumçunu heyətində görmək istəmir:

"Qomezlə Qvardiola danışdı və baş məşqçi onu komandada görmək istəmədiyini dedi".

"Bavariya"nın "Vildenau" ilə ilk hazırlıq matçında futbolçuya oynama şansının verilməməsinin səbəbi məhz Qomezi satmazdan öncə onu zədədən qorumaq olduğu iddia edilir. Bu qarşılaşmada forma geyinmədiyi üçün əsəbiləşən Qomez də ayrılmaq qərarı verib.

Qeyd edək ki, 27 yaşlı oyunçu ilə "Fiorentina", "Atletiko (Madrid), "Tottenhem"in maraqlandığı iddia edilir.

Xəbər 834 dəfə oxundu.