Məşhur braziliyalı “Sivasspor”da
Yeni mövsümdən “Sivasspor”u çalışdıracaq Roberto Karlos heyətə bir həmyerlisini qatıb. Ötən mövsümü icarə əsasında ölkəsinin “Sport” klubunda keçirən Sisinyo ilə iki illik müqavilə imzalanıb.

Mətbuata açıqlama verən 33 yaşlı sağ cinah müdafiəçisi Braziliya klublarından da təklif aldığını, ancaq yenidən Avropaya qayıtmaq üçün “Sivasspor”un təklifini qəbul etdiyini deyib. Futbolçu bir vaxtlar Madrid “Real”ı və “Roma” kimi klubların formasını geyinib.

Xəbər 870 dəfə oxundu.