“İnter”in yetirməsi “Monako”da
Son mövsüm yüksək liqaya vəsiqə qazanmış “Monako” transfer bazarında fəallığından qalmır. “Knyazlıq klubu” bu dəfə hücumçu Qaetano Monakello ilə müqavilə imzalayıb. 19 yaşlı “İnter”in yetirməsi olsa da, İtaliya klubunun əsas komandasında oynamaq şansı qazanmayıb.

Qeyd edək ki, ötən mövsümü Ukrayna “Metallurq”unda (Donetsk) başlayıb, Kipr “Olimpiakos”unda bitirən Monakello ümumilikdə 18 oyuna 7 qol vurub.

Xəbər 887 dəfə oxundu.