"Qalatasaray" iki futbolçusu ilə müqaviləni yeniləyib
"Qalatasaray" iki futbolçusu ilə müqaviləni yeniləyib, bir oyunçusu ilə yolları ayırıb.

Engin Baytar və Gökhan Zanın müqaviləsinin müddəti daha iki il uzadılıb. Hər iki oyunçu illik 600 min avro qazanacaq.

Klub gənc qapıçısı Ufuk Ceylanla isə yolları ayırıb. 2009-ci ildə "Manisaspor"dan transfer olunan qolkiper İstanbul klubunda gözlənilən oyunu göstərə bilmdəyi üçün onunla əməkdaşlığa son qoymaq qərarı verilib. Bundan başqa qapıçının özü də Fatih Terimdən icazə alaraq komandadan ayrılmaq istədiyini bildirib.

Qeyd edək ki, Terimin yeni mövsümdə ikinci qapıçı olaraq Erey Eşcana şans verəcəyi gözlənilir.

Xəbər 848 dəfə oxundu.