Qvardiola “Barselona”nın “qabağını kəsdi”
“Çelsi” klubunun və Braziliya milli komandasının mərkəz müdafiəçisi David Luiz "Bavariya"nın maraq dairəsinə düşüb. Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola 26 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 30 oyun keçirib 2 qolun və 2 məhsuldar ötürmənin müəllifi olan David Luiz “Barselona”nın da diqqət mərkəzindədir.

Xəbər 999 dəfə oxundu.