Mingəçevirdə şəhər çempionatı keçirilib
5-30 iyun Mingəçevir şəhər Yaşar Məmmədzadə adına şəhər stadionunda futbol üzrə şəhər çempionatı keçirilib.

17 komanda 272 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Respublika yarışlarında iştirak etmək üçün yığma komandanın tərkibini müəyyən etmək, futbolçuların ustalığının artırılması, təkmilləşdirilməsi və şəhərdə futbolun kütləviliyinin inkişaf etdirilməsi olub.

Yekun nəticələrə görə birinciyə Mingəçevir Turizm Kolleci, ikinciyə MİS, üçüncüyə Akkord layiq görülüb.

Sonda hər üç komanda kubok və diplomlarla təltif olunublar.

Xəbər 860 dəfə oxundu.