Neymar və Xordi Alba əməliyyat olunacaq
"Barselona"nin yeni transferi Neymarla Xordi Alba bıçaq altına yatacaq.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, hər iki futbolçu boğazındakı problem səbəbindən əməliyyat olunacaq.

Bu barədə Neymar verdiyi açıqlamada boğazındakı problemin hər zaman onu narahat etdiyini bildirib: "Buna görə də bir dəfəlik bu problemi həll etmək üçün əməliyyat olunmağım lazımdır".

Qeyd edək ki, hər iki oyunçunun yeni mövsüm öncəsi "Lex"lə yoldaşlıq matçına yetişəcəyi bildirilir.

Xəbər 887 dəfə oxundu.