Mario Qötze: "Qvardiola bizə öz dostu kimi yanaşır”
"Bavariya"nın futbolçusu Mario Qötze "Borussiya"dan (Dotmund) ayrılması və yeni baş məşqçiləri Pep Qvardiola haqqında danışıb.

O, klubun rəsmi saytına açıqlamasında Dortmund təmsilçisindən getdiyi üçün peşman olmadığını deyib: "Bavariya"ya gəldiyim üçün çox həyacanlıyam. Karyeramda yeni bir addım atmaq istəyirəm. Bura transfer olan zaman az da olsa, peşman olmadım".

Pep Qvardiola barədə də fikirlərini bölüşən Qötze ispan mütəxəssis möhtəşəm bir insan kimi dəyərləndirib: "Onun fəlsəfəsinə uyğunlaşa bilərəm. Qvardilanı anlamaq son dərəcə asandır. Hər kəsə öz dostu kimi yanaşır. Pepin bizi daha yüksək yerlərə daşıyacağına inanıram. Komandada bütün futbolçular da ondan faydalanacaq".

Xəbər 936 dəfə oxundu.