"Şəmkir"in sabiq prezidenti vəfat etdi
"Şəmkir" klubunun sabiq prezidenti Şahbaz Süleymanov vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra iyulun 1-də, axşam saatlarında dünyasını dəyişib.

Ş.Süleymanov 2000-ci ilin əvvəllərində "Şəmkir" klubunun rəhbəri olub. Onun rəhbərliyi dövründə komanda iki dəfə Azərbaycan çempionu adını qazanıb. Futbolumuz tarixində məhz "Şəmkir" ilk dəfə Çempionlar Liqasında mərhələ adlayıb.

Allah rəhmət eləsin...

Xəbər 855 dəfə oxundu.