Braziliya millisinin futbolçusu rəsmən "Tottenhem"də
İngiltərənin "Tottenhem" klubu "Korintians"ın futbolçusu Paulinyonun transferini rəsmiləşdirib.

Bu transfer London klubuna 20 milyon avroya başa gəlib.

Keçidi ilə bağlı danışan braziliyalı futbolçu bunları bildirib: "Tottenhem" klubunu seçdiyim üçün çox xoşbəxtəm. Ancaq bu seçim mənim üçün çətin oldu. "Korintians"da 3 il keçirdim və bu komandadan ayrılmaq asan deyildi. Bununla belə, bəzən yeni hədəflərə ehtiyacın olur. Ona görə də düşünürəm ki, artıq "Tottenhem"ə getmək vaxtıdır".

Qeyd edək ki, "Korintians"da 167 oyuna çıxan Paulinyo 34 qola imza atıb.

Xəbər 861 dəfə oxundu.