Serxio Ramos: "Əvvəl-axır uduzmalıydıq"
İspaniya millisinin müdafiəçisi Serxio Ramos Konfederasiyalar Kubokunun finalında Braziliyaya böyükhesabla uduzduqları (0:3) oyunu şərh edib. Ramos komandasının məğlubiyətsiz oyunlarının nə vaxtsa bitməli olduğunu bildirib: "Əvvəl-axır uduzmalıydıq. Axı biz robot deyilik. Hərdən elə olur ki, nə etsən də alınmır. Braziliya millisi haqda yalnız xoş sözlər səsləndirə bilərəm. Penaltini yerinə yetirərkən qol vuracağıma əmin idi. Lakin şansımı qaçırdım. Milli komandada çox böyük uğurlara imza atdıq. Amma bir gün biz də uduzmalıydıq. Bu, idmanən ayrılmaz bir hissəsidir".

Xatırladaq ki, dünənki oyunda İspaniya millisinin rəsmi görüşlərdəki 29 oyunluq seriyası qırıldı.

Xəbər 1023 dəfə oxundu.