London Olimpiadasına ilk lisenziyamız qazanıldı
Minsk şəhərində yüngül atletika idman növü üzrə beynəlxalq turnir keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 22-də milli komandamızın üzvü Dmitri Marşin atletikanın çəkicatma proqramında 74.04 m nəticə göstərərək 3-cü yerə sahib olub. Bu nəticə olimpiya normativinə uyğun olduğuna görə Dmitri Maşin London Olimpiadasına ölkəmiz üçün ilk lisenziyanı qazanıb. Qeyd edək ki, Dmitri Marşin “Ümid” klubunun nümayəndəsidir.
İdmançı haqqında onu qeyd edək ki, 1972-ci il yanvarın 1-də Belarusun Mogilqov şəhərində anadan olub.
Dəfələrlə Belarus kubok və çempionatlarının mükafatçısı olub.

Qeyd: fotoları Belarus Atletika Federasiyasından həmkarımız Anastasiya Marinina xüsusi olaraq “İdman” qəzeti və www.idman.com.az üçün göndərib.

Xəbər 1704 dəfə oxundu.