Fernando Torres: "Braziliya bizdən yaxşı idi"
"İkinci dəqiqədə buraxdığımız qol matçın dönüş anı oldu. O qolla birlikdə oyuna baxışımızı və taktikalarımızı dəyişmək məcburiyyətində qaldıq. Qarşılaşmaya uyğunlaşa bilmədik. Daha yaxşı oynayaraq hesabı bərabərləşdirəcəyimizə əmin idik. Amma rəqib əks-hücumlarla ilk hissənin sonunda ikinci qolu vurdu və bu da bizim üçün daha da pis oldu".

Bu sözləri İspaniya milli komandasının futbolçusu Fernando Torres Konfederasiyalar Kubokunun finalında Braziliyaya məğlub (0:3) olduqları oyundan sonra deyib.

FİFA-nın rəsmi saytına danışan hücumçu rəqibin daha yaxşı oyun nümayiş etdirdiyini də etiraf edib: "Bu dəfə bizdən daha yaxşı oynayan rəqib oldu. Əvvəllər İngiltərə, Portuqaliya, İtaliya qarşısında da pis oynadığımız matçlar olub. Ancaq onlar yoldaşlıq qarşılaşmaları idi. Bu isə bir final idi. Braziliya bizdən yaxşı idi və onları təbrik edirəm".

Xəbər 1085 dəfə oxundu.