Altıntop yenidən Almaniya bundesliqasında
"Trabzonspor"la müqaviləsini ləğv edən Xəlil Altıntopun yeni komandası məlum olub.

Türk oyunçu yeni mövsmüdən Almaniya bundesliqasında forma geyəcək. Altıntop "Auqsburq" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, H.Altıntop 2011-ci ildə "Trabzonspor"a transfer olunub. Müqaviləsinin müddətinin bitməsinə bir il qalmış qarşılıqlı razılaşma ilə klubdan ayrılıb.

Xatırladaq ki, H.Altıntop “Trabzonspor”a qədər Almaniyanın “Vettenşeid 09”, “Kayzerslautern”, “Şalke” və “Ayntraxt” klublarında oynayıb.

Xəbər 941 dəfə oxundu.